Rəşad İsmayılov nazirin birinci müavini təyin edildi
102
11:28 - 16 Avqust 2024
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rəşad Sahil oğlu İsmayılov Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub.
TNS xəbər verir ki, Rəşad İsmayılov bu gün nazirliyin kollektivinə təqdim edilib.
O, bu təyinata qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aparat rəhbəri vəzifəsində çalışıb.