Close

Sabah Abşeron çimərliklərində suyun temperaturu neçə dərəcə olacaq?

Abşeron çimərliklərində avqustun 12-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə TNS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.