Robot İsa Həbibbəylini belə pərt etdi - VİDEO

Bir neçə gün bundan öncə AMEA-nın Rəyasət Heyətinin binasında “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) BİLGEM Süni İntellekt İnstitutunun, Rusiya Federal Elmi Aqromühəndislik Mərkəzinin, Yaponiyanın Tohoku Universitetinin, İstanbul Texniki Universitetinin nümayəndələri iştirak ediblər.
Konfransdan öncə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli “Elektron Akademiya” şöbəsi tərəfindən hazırlanmış “Humanoid SUFİ” (Sözlərin Universal Funksionallıqla İşlənilməsi) adlı robotla söhbət edib.
İsa Həbibbəylinin robotla söhbəti zamanı maraqlı anlar yaşanıb. Sonda akademik robotla sağollaşmaq istəsə də robot onunla sağollaşmayaraq İsa Həbibbəylini pərt edib.
Həmin görüntüləri təqdim edirik.