Daha bir yolda sürət həddi endirilib
29
10:52 - 10 İyul 2024
Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 61.5-ci kilometrliyində (Salyan rayonu, Marışlı kəndindən keçən hissəsində) hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədi ilə sürət həddi 110 km/saatdan 90 km/saata endirilib.
Bu barədə TNS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət həddinə riayət etmələrini xahiş edir.