Close

DİN vətəndaşlara kiber cinayətkarlarla bağlı müraciət edib

Kiber cinayətkarlar “O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, “I”-dan “i”, yaxud əksinə geniş istifadə edirlər.

TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir: “Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!”.