Close

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

TNS xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Həmin şagirdlərin siyahısını təqdim edirik:

1. Tağıyev Hüseyn Vüqar oğlu, Bakı şəhəri, Bakı Türk Liseyi, Türkiyə Dəyanət Vəqfi;

2. Əliyev Emil Ceyhun oğlu, Gəncə şəhəri, Gəncə Şəhər Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Lisey;

3. Bəşirli Yunis Musa oğlu, Bakı şəhəri, Bakı Türk Liseyi, Türkiyə Dəyanət Vəqfi;

4. Rəsulova Əsmər Elşən qızı, Kəlbəcər rayonu, 22 saylı orta məktəb;

5. Abasova Selcan Elnur qızı, Bakı şəhəri, Bakı Avropa Liseyi;

6. Nəsibova Məhəbbət Emin qızı, Bakı şəhəri, İ.Əfəndiyev adına “Elitar” Gimnaziya.