Close

12:20
27 İyul 2024

Yeni evlənən gənclərə aşağı faizlə kreditlər verilə bilər - Deputatdan AÇIQLAMA

Günümüzdə həyat şərtləri o qədər sərtləşib, çətinləşib ki, bu amil gənclərin evlilik kimi əhəmiyyətli qərarlarına da təsirsiz ötüşmür. Evlənmədən əvvəl ev, cehiz, gəlin üçün qızıl-zinət əşyaları, paltar və s. almaq böyük xərc tələb edir. Bu da hər kəs üçün əlçatan məbləğ deyil.

Yeni evlənən cütlüklər bəzən kirayə pulu verməmək üçün ipoteka ilə mənzil götürürlər ki, aylıq bu pulu ödəmək də çətinlik törədir.

Bu baxımdan ailə həyatına yeni qədəm qoyan insanlara dövlət tərəfindən dəstəyin verilməsi kimi mövzular müzakirə olunur. Bu gün ölkə bir çox sahədə Türkiyə təcrübəsini nümunə götürür.

Hazırda qardaş ölkədə “Gənclərin ailə qurmasına dəstək layihəsi” həyata keçirilir. Layihə çərçivəsində ailə qurmağa ilk addımı atacaq gənclərə 48 ay ödəmə müddəti, 2 il güzəştli dövr, 150.000 TL faizsiz kredit dəstəyi təklif olunacaq.

Azərbaycanda maddi durumu aşağı olan gənclərə dəstək məqsədli hansı işləri görmək olar?

İqtisadçı-alim, deputat Vüqar Bayramov TNS-in bu barədə suallarına cavab olaraq deyib ki, əslində bu sahədə ipoteka sisteminin təkmilləşdirilməsi, yeni ailə quran gənclərimiz üçün daha aşağı faizli kreditlərin təklif edilməsi məqsədəuyğun olar: “Aşağı faizli kreditlər ipoteka kreditlərindən daha çox vətəndaşımızın faydalanmasına imkan yaradar. Ona görə biz təkliflərimizi təqdim etmişdik ki, yeni ailə quran vətəndaşlarımız üçün ipoteka kreditləri dörd deyil, iki fazilə təklif olunsun. Bu cür kreditlərin dövlət büdcəsi hesabına maliyyələşməsi amilini də nəzərə alsaq, bu, daha aşağı faizli kreditlərin təklif edilməsinə imkan verər. Bu isə bir tərəfdən gənc ailələrin daha yaxından dəstəklənməsinə, eyni zamanda onların ipoteka kreditləşməsindən daha geniş istifadəsinə gətirib çıxara bilər”.

Aygün