Close

12:20
27 İyul 2024

Beyləqanda 16 yaşlı qız ərə verilir - Bəyin neçə yaşı var? - FOTO

Beyləqanda 16 yaşlı qızın 42 yaşlı şəxsə zorla ərə verildiyinə dair məlumatlar yayılıb.

TNS xəbər verir ki, sosial şəbəkələrdə cütlüyün nişan mərasimindən görüntülər paylaşılıb.

Qızın valideynləri isə oğlanın 42 yox, 27 yaşında olduğunu bildiriblər. Ancaq bəyin 27 yaşında olmadığını iddia edənlər daha çoxdur. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı hadisə ilə bağlı açıqlama verib.

O bildirib ki, Beyləqan rayonu Qarallar kəndində 17 yaşlı qızın nişan mərasiminin keçirilməsi ilə bağlı Polis Şöbəsinə daxil olmuş müraciət araşdırılıb: "Gənc qız valideynləri ilə birgə polis orqanına dəvət olunub. Onlar izahatlarında qızlarına heç bir nişan və toy məclisi etmədiklərini, fevralın 17-də evlərində övladları üçün elçilik məclisinin olduğunu bildiriblər. Valideynlərlə profilaktiki və izahedici söhbətlər aparılıb, qızlarının 18 yaşı tamam olmayanadək nişan və toy məclisi etməyəcəkləri barədə iltizamları alınıb”.