Close

Ali məktəblərə qəbulda hansı yeniliklər olacaq?

Ali məktəblərə builki tələbə qəbulunda iki yenilik gözlənilir.

TNS xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, bu il abituriyentlərin seçim edə biləcəyi ali təhsil müəssisələrinin siyahısında Türkiyə -Azərbaycan Universiteti də olacaq ki, orada əsasən, texnoloji ixtisasların ola biləcəyi açıqlanıb: “Bu universitetin hansısa ali təhsil müəssisəsi bazasında yerləşəcəyi, yoxsa ayrıca infrastruktura malik olacağı haqqında hələlik rəsmi açıqlama yoxdur. Bu ilin qəbul planında bəzi universitetlər üzrə əyani və qiyabi təhsillə yanaşı, distant formada təhsil üçün plan yerlərinin ayrılacağı da gözlənilir.

Qanunvericilikdə bu təhsil forması nəzərdə tutulsa da, distant formada təhsilin təşkili qaydalarını hökumət təsdiqləməyib. Bu il UNEC və Qarabağ Universiteti üçün bəzi ixtisaslar üzrə distant təhsil formasında plan yerləri ayrıla bilər”.

Aygün