Close

Tualetdə bunu etməyin - Xəbərdarlıq

“Telefonla tualetə girmək əllə tualet oturacağına toxunmaq qədər zərərlidir”.

TNS xəbər verir ki, bu sözləri Yalova Universiteti Tibb Fakültəsi Dekanı Prof. Dr. Vefik Arıca deyib.

O bildirib ki, son vaxtlar xüsusilə gənclər arasında tualetə cib telefonu ilə girmək adi hala çevrilib:

“Telefonla tualetə gedən şəxslər orada daha uzun müddət keçirirlər. Əslində telefonla tualetə girmək əllə tualet oturacağına toxunmaq qədər zərərlidir. Əllərimizə eyni miqdarda bakteriya və parazit keçir. Bu da bir çox xəstəliklərə səbəb ola bilər.

Bakteriya və parazitlərə yoluxduqdan sonra əllərimizi sabunlu su ilə yusaq belə, həmin parazit və bakteriyalar keçib getmir. Həmin parazitləri nahar süfrəsi və ya müxtəlif nahiyələrə aparıb eyni parazitə və eyni bakteriyalara yoluxa bilərik. Xüsusən də evdə kiçik uşaqlar varsa, tez-tez xəstəliklərə səbəb ola bilər. Bu səbəbdən də mobil telefonlarımızı tualetə və ya özəl yerlərə aparmamalıyıq”.