Close

Çelik Erişçi Bakıya gəlir

"Sevenler anlar", "Hercai", "Meyhaneci", "Nazına ölüyorum" və s. bir çox məşhur mahnıların ifaçısı, türkiyəli müğənni və bəstəkar Çelik Erişçi Bakıya gəlir.

TNS xəbər verir ki, Çelik "EMKI Production"un təşkilatçılığı ilə iyunun 10-da Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

20-dən çox albom müəllifi olan sənətçi bir-birindən gözəl musiqiləri ilə sevənlərinin qarşısında çıxış edəcək.

Biletləri iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərsiniz.