Close

22:51
28 Mart 2024

15 ildən sonra əkiz övlad sahibi oldu

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 15 il sonsuzluq sonrası qadının əkiz övladları dünyaya gəlib.

TNS Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna istinadla bildirir ki, həkim mama-ginekoloq Leyli Əhmədova tərəfindən uğurla icra olunan qeysəriyyə kəsiyi ilə dünyaya gələn əkizlər Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb.

Həkim-neonatoloq Kövsər Azadəliyeva, şüa-diaqnostika üzrə həkim Təranə Kərimova və tibbi heyət tərəfindən vaxtından əvvəl dünyaya gələn körpələrə təyin olunan düzgün müalicə taktikası ilə əkizlər ailəsi ilə birlikdə sağlam şəkildə evə yola salınıb.