Bu avtobusun hərəkət sxemi dəyişdirilir
14
20:57 - 19 Aprel 2025

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinədək) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 10 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilir.
TNS xəbər verir ki, avtobusların hərəkəti Mərkəzi Bulvar küçəsi ilə təşkil ediləcək.