Bu ərazilərdə qaz kəsiləcək
55
21:20 - 31 Oktyabr 2024

Səbail rayonunda qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və 3 ədəd siyirtmənin quraşdırılması məqsədilə 01.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə TNS-ə “Azəriqaz” İB-dən məlumat verilib.
Təmir işləri aparılan müddətdə Badamdar qəsəbəsində 2-ci massivin tam olaraq, 1 və 3-cü massivlərin isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.