Close

11:08
15 Aprel 2024

Bakıda 2 böyük narkoloji xəstəxana inşa edilir

Bakı şəhərində iki böyük narkoloji xəstəxananın inşası davam edir. Onlardan biri 350, digəri isə 150 çarpayılıqdır.

TNS xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev “Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, xəstəxanalar istifadə verildikdən sonra ölkədə bu sahədə çarpayı fondu artacaq:

"Bu göstərilən narkoloji xidmətin keyfiyyətinə də öz təsirini göstərəcək".