Close

Yanğına görə bağlanan küçə açıldı - YENİLƏNİB

Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi NİİM-dən bildirilib.

20:00

İzmir küçəsində yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, Yasamal rayonu, İzmir küçəsində restoranlardan birində baş verən yanğın səbəbindən qeyd olunan küçədə hər iki istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Sürücülərdən alternativ olaraq Tbilisi prospekti ilə Abbasqulu ağa Bakıxanov küçəsi istiqamətində hərəkət etmələri tövsiyə edilir.