Close

"Xan"ın qəribə şərtləri - 200 minlik avtomobil, gözəl qızlar...

Bakıda fəaliyyət göstərən "Khan" əyləncə məkanının sosial şəbəkə hesabında paylaşdığı elan müzakirələrə səbəb olub.

TNS xəbər verir ki, müştərilərə ünvanlanan müraciətdə məkana yalnız zəngin oğlanlar və xanımların buraxılacağı bildirilib, maddi baxımdan imkansız insanların girişinə icazə verilməyəcəyi qeyd olunub.

Elanda məkana gələn bəylərin avtomobilinin qiymətinin 200 min manatdan az olmaması, qızların isə çox gözəl olması şərt kimi qoyulub.

Əyləncə məkanının bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid edilib.

Ə1678704257_snimok-ekrana-2023-03-13-145255