Close

Bakı qardan belə təmizlənir - FOTO

Bu gün gecə saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar xüsusi, gücləndirilmiş iş rejimində yağan qarın küçə, prospekt və  piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından təmizlənməsini aparıblar.

TNS xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz və kimyəvi maddələrin səpilməsi həyata keçirilib. İşlər səhər saat 05:00-dan etibarən daha da intensivləşib. Bütün gecə ərzində Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərin rəhbər nümayəndələri ərazilərdə olub və aparılan işləri nəzarətdə saxlayıblar.

Təmizləmə işləri mərkəzlə yanaşı Bakıətrafı qəsəbə və yaşayış massivlərində də aparlır.

qar1

qar2

qar6

qar7

qar3

qar9