Close

Laçınım, Laçınım, Laçınım mənim...

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Laçına səfər edib, şəhərdə sakinlərlə görüşüb və onlarla söhbət edib.

TNS xatırladır ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da böyük Zəfərlə başa çatsa da, ermənilər Laçın şəhərində və rayon ərazisində dağıntılar törədib, rayonu tərk edərkən binaları, evləri, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atmışdılar.

İndi isə...

İndi isə Prezident laçınlılarla elə Laçında görüşür, onlara evlərin açarlarını təqdim edir, “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının açılışında iştirak edir, kanat yolunun təməlini qoyur, bir sıra əhəmiyyətli fabriklərin açılışlarını edir. 

Sabah isə - 28 May - Müstəqilllik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı olacaq. Açılışda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif də iştirak edəcək.

Qeyd edək ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, bəyanatın 6-cı bəndinə əsasən, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyulub.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

17483403521433342284_1200x630

1748340352749259121_1200x630

1748340352572432134_1200x630

17483403525870417591_1200x630

1748340352395414054_1200x630

17483403526215027873_1200x630