Close

Laçında ceyranlar göründü - FOTO-VİDEO

Laçında iki ceyran görünüb.

TNS-in yerli müxbirinin verdiyi məlumata görə, görüntülər Laçın Şəlvə yolunda avtomobillə gedərkən vətəndaşlar tərəfindən qeydə alınıb.

Sözügedən videoda gözdən yayınmağa çalışan bir cüt ceyran əks olunub.

TNS həmin görüntüləri təqdim edir:

4f93a4d8-3e7c-4604-8f00-9112f7c800f1

9d8d3c5e-b86c-4e26-a781-7ab029284b7a

Qeyid edək ki, Laçın təbiətində qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür, qaban, süleysin və məməlilər sinfinə daxil olan heyvanlara rast gəlinir.

Ziya Əmirxanlı