Close

21:30
07 Fevral 2025

Kəlbəcərin işğalı zamanı 2,2 milyardlıq əmlak məhv edilib

Kəlbəcər rayonunun işğal olunması nəticəsində Azərbaycan və Azərbaycan xalqının mülkiyyətində olmuş 17 489 əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.

TNS xəbər verir ki, bunu Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində açıqlayıb.

Belə ki, Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 147 kənddən ibarət Kəlbəcər rayonunun işğal olunması nəticəsində 48 847 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 17 489 ədəd əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.