Kəlbəcərdə beş turizm və rekreasiya zonası yaradılacaq
Kəlbəcərdə beş turizm və rekreasiya zonası yaradılacaq.
TNS xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bugünkü iclasında turizm və rekreasiya zonalarının ərazilərində qadağan edilən hallarla bağlı danışarkən deyib.
Deputat Aydın Mirzəzadə həmin turizm və rekreasiya zonalarında fəaliyyət göstərən obyektlərin dəyişiklik layihəsinin qəbulundan sonrakı aiqbətlərinə aydınlıq gətirilməsini istəyib.
Komitə sədri isə deputata cavabında bildirib ki, bu günə qədər onsuz da həmin ərazilərdə heç bir obyekt fəaliyyət göstərməyib: “Bugünkü dəyişiklik layihəsi bundan sonra heç bir fəaliyyətin olmaması üçündür”.