Close

Cəbrayıla qayıdış başlayır - Sabah ilk köç olacaq

Sabah Cəbrayıla 117 nəfər qayıdacaq.

Bu barədə TNS-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Böyük Qayıdış çərçivəsində 36 ailə 117 nəfər Cəbrayıla köçəcək.

Məlumata görə, ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan insanlar doğma yurda yola salınacaq.