Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Kəlbəcər şəhər təhsil kompleksində məktəb, uşaq bağçası, peşə emalatxanaları olacaq

Ümumi sahəsi 2,2 hektardan çox olan Kəlbəcər şəhər təhsil kompleksinin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq. Burada STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər də təşkil ediləcək.

TNS-in yerli müxbiri xəbər ki, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublunun bildirdiyinə görə, kompleksin ərazisində həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq. Ümumi sahəsi 420 kvadratmetr olacaq modul tipli məktəbdə 2 inzibati, 9 sinif otağı yerləşəcək.

3-1

V. Yaqublu qeyd edib ki, bu təhsil kompleksi təkcə öz infrastrukturu ilə möhtəşəm olmayacaq, burada həyata keçiriləcək yeni layihələr də diqqətəlayiqdir və onların hər biri Kəlbəcərin insan potensialının inkişaf etməsinə böyük dəstək olacaq. Məktəbin şagirdləri STEAM məşğələlərində iştirak edəcəklər. Bu onların həm riyazi biliklərini, həm də mühəndislik bacarıqlarını, incəsənət duyumlarını inkişaf etdirəcək. Peşə siniflərində şagirdlərə dərzilik, bərbər, santexnik, elektrik kimi müxtəlif peşələrlə yanaşı İT avadanlıqları ustalığı da öyrədiləcək.

3-3

İşğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür.

Ziya Əmirxanlı