Close

22:24
16 Sentyabr 2024
20:50
16 Sentyabr 2024

Kəlbəcərdə avtomobil aşıb, ölən var

Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var.

TNS-in məlumatına görə, "VAZ-21099" markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.

Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə Kəlbəcər rayon polis şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.