Close

Dünya səyyahlarının Xudafərin körpüsünə səfəri başlayıb - FOTO

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-nin MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi səyyahların Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfəri davam edir.

TNS-in bölgə müxbiri xəbər verir ki, 13 ölkədən olan beynəlxalq səyahətçilərin işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpüsü olub.

xud2

Daha sonra səyyahlar Füzuli rayonunda olacaq, ərazilərdə aşkarlanan mina və partlamamış sursatların zərərsizləşdirilməsi prosesini izləyəcəklər.

Ziya Əmirxanlı