Zəngilanda bərpa-quruculuq işləri davam edir - FOTO
“Zəngilan şəhərində tikinti və yenidənqurma işləri şəhərin Baş Planına əsasən davam edir. Baş Plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə İsveçrənin "SA partners" şirkəti tərəfindən hazırlanıb”.
TNS-in yerli müxbirinin xəbərinə görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəst Cəfərov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Zənginlan şəhərində tikinti aparılması planlaşdırılan ərazi təqribən 333 ha-dır: “Hazırda ilk yaşayış məhəlləsi üzrə 8 ədəd 2 mərtəbəli "Townhouse" tipli yaşayış mənzillərinin və 4 ədəd 3 mərtəbəli binaların tikintisinə başlanılıb. Bu ilin sonuna qədər 104 ailənin məskunlaşması ücün mənzillərin hazır olması nəzərdə tutulur.
Bundan əlavə, növbəti yaşayış məhəlləsi üzrə 8 binadan ibarət 176 mənzilin, 12 binadan ibarət 138 mənzilin və 87 ədəd "Townhouse" tipli yaşayış mənzillərinin də layihləndirmə işləri davam edir".
Ziya Əmirxanlı