Laçının Sus və Zabux kəndlərində uşaq bağçaları açılacaq
17
12:50 - 09 İyul 2024
Yaxın günlərdə Laçının Sus və Zabux kəndlərində uşaq bağçaları açılacaq.
TNS xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, növbəti illərdə Füzuli və ehtiyac olacağı təqdirdə Şuşada məktəbdaxili icma əsaslı məktəbəqədər təhsil qrupları olacaq.