Close

Mincivanda 2 tondan çox çətənə bitkisi məhv edilib

Zəngilanda 2 tondan artıq yabanı çətənə bitkisi məhv edilib.

Daxili İşlər Nazirliyindən TNS-ə verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Dövlət Sərhəd Xidməti ilə birgə "Xaşxaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Tədbir zamanı Mincivan qəsəbəsində yabanı halda bitən 2 tondan artıq 4657 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.