Close

Valehedici Qırxqız, Çiçəkli, Çilgəz yaylaqları - FOTO

Laçın rayonunun səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Dağ yamacları isə yaylaqları ilə məhşurdur. 30 ilə yaxın müddətdə işğal altında qalan yaylaqlar da indi əsl sahiblərinə qucaq açıb. Gözəlliyi ilə göz oxşayan yaylaqlar həm də təsərrüfatlar üçün münbit otlaq rolu oynayır.

TNS-in bölgə müxbiri xəbər verir ki, bahar fəslində yaşıllaşan Laçın dağlarındakı yaylaqlar füsunkar mənzərəsi ilə insanı valeh edir.

Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpaqlara malik olan ərazilərin bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən, subalp və alp çəmənliklərindən ibarətdir. Laçının gözəllər gözəli olan Qırxqız yaylağı da yaşıl mənzərəyə malik olmaqla bitki örtüyü ilə zəngindir. Yaylağın bir hissəsi buludla örtülüb, digər hissəsi yaşıllığı ilə göz oxşayır. Qırxqız yaylağına qonşu olan daha iki yaylaq da var ki, onlar Çiçəkli və Çilgəz yaylaqlarıdır. Yaylaqlardan yuxarı isə başı buluda dayanan Dəlidağ zirvəsi diqqəti cəlb edir və bu zirvə Mıxtökən silsiləsinin hündür nöqtələrdən biri sayılır. 2246 metr olan bu yüksəkliyin ərazisində tez-tez havanın dəyişməsi, gözlənilmədən yağış və qar yağması, tufan və dağ uçqunlarının olması ilə əlaqədar belə adlandırılıb. Bu silsilənin digər bir qismi isə elə Qırxqız yaylağına birləşir. Yaylaqlara qonşu bir ərazi isə Şamkənd dərəsi adlanan yerdir. Beş parakənddən ibarət olan Şamkənd kəndi daxilində Şamkənd, Çorma, Bozdağan, Ələkçi və Nağdalı adlı kəndləri birləşdirir. Sözü gedən ərazidə daha bir diqqət çəkən yer isə İşıqlı dağıdır. Hündürlüyü 2520 metrə bərabərdir.

Tədqiqatçılara görə, dağın başının qarlı olması və qarın gün işığında parıldaması bu adın yaranmasına səbəb olub. Gözəlliyi ilə göz oxşayan yaylaqların ərazisində müharibənin də izlərinə rast gəlmək mümkündür. Ərazidə yerləşən Tiqaş adlı hava hücumuna qarşı istifadə olunan köhnə texnika da Birinci Qrabağ müharibəsində düşmən helikopterlərinin hücumunu dəf etmək üçün istifadə edilib.

Yaylaqların mavi səması havada süzən şahinləri və qartalları ilə insanı valeh edir.

Həmin ərazilərdən gözoxşayan görüntüləri təqdim edirik:

10

14

9

15

2_1.[1]

7_1

3_1.[1]

 

11

16

Ziya Əmirxanlı