Close

09:50
18 Oktyabr 2024

Laçındakı ecazkar Dəlikli mağarasının şəffaf suları - FOTO

Laçın rayonu əsrarəngiz təbiətə malik olmaqla yanaşı, həm də bulaqları ilə məhşurdur. Rayonun Mirik kəndində də saf suyu və dağlarda yaratdığı mənzərəsi ilə diqqəti cəlb edən bulaqlar var. Bulaqların mənbəyi əsasən Dəlikli mağarasından axan sulardan başlayır.

TNS-in yerli müxbirinin xəbərinə görə, Mirik kəndi Həkəri çayının Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfdə, dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə yerləşir. Kənd ərazisində 3 su mənbəyi var. Bunlar Mirik çayı, Dəlikli suyu və Həkəri çayının Minkənd qoludur. Dəlikli suyu eyni adlı mağarada dağlardan süzülən sulardan qidalanır və kənd ərazisindəki bir çox bulaqların mənbəyi olaraq bilinir. Kəndin ərazisində isə saf suları ilə tanınan Alışan bulağı, Hümmət bulağı, Navlı bulaq, Şirinlərin bulağı, 3 ədəd Şor bulaq, Korca bulaq, Daş bulaq, Şirin bulaq, Qızlar bulağı, Həmzə bulağı, Məmmo bulağı, 2 ədəd Turş bulaq, Səlim bulağı, Şərih bulaq, Şeyin bulağı, Kərbəlayi Behbudalı bulağı, Göybulaq, Sona bulağı, Qırxbulaq bulağı mövcuddur.

Mirik kəndi ilə qonşu olan Bozlu kəndi ərazisindəki məhşur Ballıca şəlaləsi də mənbəyini məhz Dəlikli mağarasından axan sulardan alır.

Dəlikli mağarasının ecazkar görüntülərini təqdim edirik:

3_1

2_1

6

4_1

5_1

7

Ziya Əmirxanlı