Close

Mina partlayışında yaralanan şəxslərin vəziyyəti açıqlanıb

21.06.2024-cü il tarixində Cəbrayıl rayonunda mina partlaması səbəbilə rayon mərkəzi xəstəxanasına yerləşdirilən və müxtəlif növ bədən xəsarətləri alan şəxslərin vəziyyətləri qənaətbəxşdir.

Bu barədə TNS-ə xəstəxanadan bildirilib.

Qeyd edək ki, işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib.

Ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində ANAMA-nın əməkdaşı, 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib.

Ziya Əmirxanlı