Close

14:14
09 May 2025
13:46
09 May 2025
13:40
09 May 2025
13:07
09 May 2025

Əsrarəngiz Zabux gecələri - FOTO

Laçın rayonunun ən böyük kəndlərindən olan Zabuxda həyat yenidən öz axarına qayıdıb. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, kənddə yenidən tikilən evlər, yaradılan infrastruktur Zabuxun simasını daha da gözəlləşdirib. İndi Zabuxun gündüzləri qədər gecələri də parlaq işıqları ilə diqqət çəkir.

TNS xəbər verir ki, Zabux çayının hər iki sahilini əhatə edən kənddə həyat yenidən canlanıb. Doğma sakinlərinə qucaq açan Zabux hər ötən gün simasını dəyişərək gözəlləşir.

Otuz illik işğal dövründə kənd erməni vandalizminə məruz qalsa da, azad edildikdən dərhal sonra buranın yenidən qurulmasına başlanıldı. Qısa müddətdə kənddə evlər və digər obyektlər inşa olunub, yollar abadlaşdırılıb, əhalinin istirahəti üçün park salınıb. Kəndin mərkəzindən keçən çayın üzərində körpü inşa olunub. İndi gündüzləri mənzərəsi ilə seçilən kənd gecələri işıq saçan gözəlliyi ilə diqqət çəkir.

Qeyd edək ki, Zabux kəndində 121 ailənin - 475 nəfərin daimi məskunlaşması təmin edilib.

AZƏRTAC-ın fotolarını təqdim edirik:

w_16170102002764547491_1200x630

w_1617010200275995614606_1200x630

w_1617010200281412519569_1200x630

w_161701020028195099588_1200x630

w_1617010200282437038799_1200x630

w_1617010200283219510022_1200x630

w_161701020028470266878_1200x630

w_1617010200285291134009_1200x630

w_1617010200285673538133_1200x630

w_1617010200285675430516_1200x630

w_1617010200286271754695_1200x630