Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:07
09 May 2025

Laçına köçən 21 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün Bakının Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

l1

TNS xəbər verir ki, sakinlərə yaşayacaqları evlərin açarları təqdim olunub.

l2

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərinə köçürülənlərin sayı 1326 (346 ailə) nəfərə çatıb.

l4