Close

Zabux cəmi 10 aya yenidən qurulub - TNS-in əməkdaşları Məmmədovlar ailəsinin qonağı olub - VİDEO

Laçın rayonun Zabux kəndi 31 illik həsrətdən sonra yenidən canlanıb.

Ermənilərin talan edib, viran qoyduğu, xarabalığa çevirdiyi Zabux dövlətimizin başçısının tapşırığı ilə cəmi 10 aya yenidən qurulub. Artıq 223 zabuxlu ailənin yaşaması üçün evlər tikilib, yol, elektrik, qaz, su xətti çəkilib.

Zabux qollarını açıb, doğma insanlarını qoynuna alır. Qısa müddətdə buradakı bütün evlərin işıqları yanacaq, Zabuxun çal-çağırlı, toy-büsatlı günləri başlayacaq.

TNS-in əməkdaşları kənddə Məmmədovlar ailəsinin qonağı olublar. Yasəmən Məmmədova keçirdiyi hisslərdən, gələcək arzularından danışıb.