Close

14:21
09 May 2025
14:14
09 May 2025
13:46
09 May 2025
13:07
09 May 2025

Zabux sakinlərinə evlərinin açaqları təqdim olunub

Xəbər verdiyimiz kimi, bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailə (94 nəfər) köçürülüb.

TNS xəbər verir ki, onlardan 15 ailə (57 nəfər) Bakıdan, 5 ailə (14 nəfər) Abşerondan, 2 ailə (10 nəfər) Tərtərdən, 1 ailə (4 nəfər) Lənkərandan, 1 ailə (5 nəfər) Bərdədən, 1 ailə (4 nəfər) Qaxdan yola salınıb.

Sakinlər Zabux kəndinə çatıblar. Artıq onlara yaşayacaqları mənzillərin açarları təhvil verilib.

Qeyd edək ki, hazırda Zabux kəndinə qayıdanların sayı 188 nəfər (46 ailə) təşkil edir.

l3

l1-1