Close

Laçında 1245 nəfərin daimi məskunlaşması təmin edilib

Laçına növbəti köç​ prosesi gerçəkləşib.

TNS xəbər verir ki, Laçın şəhəri bu dəfə 10 ailəyə qucaq açıb.​ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 

Bu gün növbəti köç​ karvanı ilə Laçına çatan ailələrə evlərin açarları təqdim olunub. Laçına qədəm qoyan ailələr​ qarşılandıqdan sonra açar təqdim edilməsi ilə bağlı keçirilən tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri iştirak edib. Ailələr​ sevinc hissi ilə açarları təhvil alıb.

Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Daha da gözəlləşən və abadlaşan Laçına qovuşan​ sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.​

Qeyd edək ki,​ köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

l1_1

l4

l6

l7