Laçında ayı yerli sakinə hücum edib- VİDEO
72
23:54 - 22 İyun 2023

Laçında ayı yerli sakinə hücum edib.
TNS xəbər verir ki, bu barədə Laçın Rayon Mərkəzi Xəstəxanasının həkimi Orxan Cəbrayıl məlumat verib.
O bildirib ki, bu gün meşəlik ərazidə ayı Qorçu kənd sakini Nicat Qasımova hücum edərək bud, sağrı və əl nahiyələrindən xəsarət edib. Özünü aktiv şəkildə müdafiə edən N.Qasımov ayının uzaqlaşmasına nail ola bilib.
Xəsarət alan şəxsə tibbi yardım göstərilib.