Close

Fidan Lavrovla Rusiya – Ukrayna müharibəsini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Ukraynadakı vəziyyəti müzakirə edib.

TNS xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb”, – telekanal diplomatik mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, telefon danışığı zamanı tərəflər Rusiya – Ukrayna müharibəsini sona çatdırmaq istiqamətində səylərə toxunublar.