Türkiyə Konstitusiya dəyişikliyinə gedir
9
17:40 - 27 May 2025

“Bu milləti qiyamçı konstitusiyadan mütləq xilas edəcəyik”.
TNS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“1982-ci il Konstitusiyası çevriliş dövrünün qalıqlarını daşıyır. Yeni konstitusiya bizə imkan verəcək ki, bu qalıqlardan xilas olaq və ölü torpağını üstümüzdən ataq”, - dövlət başçısı bildirib.
On hüquqşünası bu məsələ ilə bağlı vəzifələndirdiyini söyləyən Prezident Ərdoğan yeni Konstitusiyanın hazırlanması işinin başlayacağını və məsələ ilə əlaqədar digər partiyalarla da görüşməyə ümid etdiklərini dilə gətirib.