Close

Polis bələdiyyədə əməliyyat keçirdi - 50-yə yaxın məmur həbs edildi

Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən keçmiş bələdiyyə sədri Ekrem İmamoğlunun yüksəkrütbəli köməkçiləri də daxil olmaqla, İstanbul bələdiyyəsinin 49 əməkdaşı həbs edilib.

TNS xəbər verir ki, bu barədə İspaniyanın EFE agentliyi məlumat verib.

"Əməliyyat çərçivəsində bələdiyyə sədrinin mühafizə rəisi, onun şəxsi katibi və iki mühüm bələdiyyə müəssisəsinin direktorları barəsində həbs qərarı çıxarılıb", - İstanbul Baş Prokurorluğundan bildirilib.

Qeyd olunur ki, aprelin ortalarından İstanbul meriyasının 40-a yaxın yüksəkrütbəli məmuru həbs edilib.

Xatırladaq ki, martın 19-da Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) liderlərindən biri olan İstanbul bələdiyyə sədri Ekrem İmamoğlu saxlanılıb. Siyasətçi korrupsiyada və terrorçularla əməkdaşlıqda ittiham olunur.