Close

Məşhur aktyorlar həbs edildilər - FOTO

Məhkəmə Türkiyənin tanınmış aktyorları Halit Ergenç ilə Rıza Kocaoğlu barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb.

TNS xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, məhkəmə Halit Ergenci 1 il 10 ay 15 gün, Rıza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.

Məlumata görə, onlar “Gəzi parkı” hadisələri ilə əlaqədar cəzalandırılıblar.

Qeyd edək ki, Halit Ergenç "Muhteşem yüzyıl", "Min bir gece" və "Babil" kimi nüfuzlu seriallarda əsas rolları ifa edib.

Rıza Kocaoğlu isə "Kuzey Güney", "Karadayı" və "Ezel" kimi ekran işlərində rol alıb.

Ekran_skli_2025-05-23_162759