Close

Aktyor sosial şəbəkədə tanış olduğu qadın tərəfindən bıçaqlandı

“Yeşilçam”ın veteran aktyoru Mehmet Serdar Sulukahya Beşiktaşdakı evində bıçaqlı hücuma məruz qalıb.

TNS xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

60 yaşlı sənətçi sosial şəbəkədə tanış olduğu qadın tərəfindən bıçaqlanıb.

Ağır yaralanan aktyor reanimasiyaya yerləşdirilib, həyati təhlükəsi var.

Şübhəli qadın saxlanılıb və hadisəni hansı səbəbdən törətdiyi araşdırılır.