Close

17:05
21 May 2025

Ərdoğan: "Novruz bayramı türk dövlətlərinin ortaq bayramı olsun"

Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır.

TNS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə (Macarıstan) keçirilən qeyri-rəsmi iclasdakı çıxışında deyib.

Türkiyə lideri qeyd edib ki, martın 21-də Novruzun türk dünyasının birgə bayramı kimi qeyd edilməsi təklifinin qəbul edilməsindən məmnun olacaq.