Close

Əkrəm Gürel rektor təyin edildi

Türkiyənin İğdır Universitetinə ilk dəfə olaraq İğdırdan rektor təyin edilib. 

TNS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Prezident Rəcəb Tayyib Ərdoğanın Sərəncamı ilə Bolu Abant İzzet Baysal Universitetinin Ədəbiyyat və İncəsənət fakültəsinin dekanı, eləcə də Türkiyə-Azərbaycan Cəmiyyətinin baş katibi Prof. Dr. Əkrəm Gürel İğdır Universitetinin rektoru təyin edilib.

Əslən İğdırdanolan Gürel uzun illər akademik sahədə mühüm işlər görmüş, elmi səriştəsi və humanitar tərəfi ilə təqdir edilən bir addır.