Hakan Fidan Rusiya nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB
11
23:54 - 15 May 2025

Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında İstanbuldakı Dolmabağça prezident ofisində aparılan danışıqlar başa çatıb.
TNS xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
22:40
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın nümayəndə heyəti arasında İstanbuldakı Dolmabağça Sarayında görüş başlayıb.
TNS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.