Zelenski sülh naminə Krımdan imtina edəcək? - VİDEO

"Ukrayna Rusiyanın müvəqqəti işğalı altında olan əraziləri, o cümlədən Krımı heç vaxt Rusiyanın hüquqi bir hissəsi kimi tanımayacaq. Rusiya ilə sülh naminə Krımdan imtina etmək mümkün deyil".
TNS "Haber Global" telekanalına istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirdiyi brifinqdə vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Ukraynanın danışıqlar mövqeyi faktiki olaraq ölkə konstitusiyasında öz əksini tapıb:
"Krım dövlətimizin bir parçasıdır. Türkiyə də bu mövqeyi dəstəkləyir. BMT Nizamnaməsini dəstəkləyir. Biz Ukrayna və ərazi bütövlüyü məsələlərindən danışanda Prezident Ərdoğanın özü həmişə mənimlə söhbətə başlayır: "Mən bir daha sənə təsdiqləyirəm ki, mən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirəm. Krım yarımadası Ukraynadır".
Ukrayna prezidenti qeyd edib ki, Kiyev Rusiya ilə sülh danışıqları zamanı öz ərazilərinin statusunu müzakirə etməyi planlaşdırmır:
"Biz ərazi məsələlərini müzakirə edə bilmərik. Bu, bizim konstitusiyamızı pozar".
Ətraflı videoda: