Hakan Fidan ABŞ dövlət katibi ilə görüşüb - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində ABŞ-nin Dövlət katibi Marko Rubio ilə görüşüb.
TNS xəbər verir ki, məlumata görə, görüşdə dövlət başçısı səviyyəsində nəzərdə tutulan səfərlər üçün aparılan işlər müzakirə edilib.
Bununla yanaşı, Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə həlli ətrafında Türkiyə ilə ABŞ-nin son dövrlər həyata keçirdiyi diplomatik təmasların əhəmiyyəti qeyd edilib. Tərəflərin birbaşa danışıqlar aparması üçün səylərin davam etdiriləcəyi bildirilib.
Fələstindəki hadisələrin müzakirə edildiyi görüşdə Hakan Fidan Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün addımların atılmasının vacibliyini vurğulayıb.
19:30
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Antalyada keçirilən görüşü çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə görüşüb.
TNS xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Onların hansı məsələləri müzakirə etdikləri hələ ki açıqlanmayıb.