Close

Hakan Fidanla Sibiqa Zelenskinin Türkiyəyə planlaşdırılan səfərini müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan Antalyada NATO-nun qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ilə görüşüb.

TNS-in verdiyi xəbərə görə, görüş zamanı Ukrayna ilə Rusiya arasında atəşkəsə nail olmaq və davamlı sülhün bərqərar olması səyləri müzakirə edilib.

Nazir Fidan sülhə nail olmaq üçün Türkiyənin vasitəçilik və danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.

Tərəflər Ukrayna Prezidenti Zelenskinin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq məsələlərini də müzakirə edib.