Ərdoğan NATO Baş katibini qəbul edib
4
16:16 - 13 May 2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutteni qəbul edib.
TNS-in verdiyi xəbərə görə, Prezident Kompleksində keçirilən görüş mətbuata qapalı keçirilib.
Görüşdə xarici işlər naziri Hakan Fidan da iştirak edib.
Qeyd edək ki, 14-15 may tarixlərində Antalyada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.